Pnevmatik intiqallar

Pnevmatik intiqallar

FESTO pnevmatik intiqalları özü sazlanan, gigiyenik və təhlükəsizdir. Bu gün FESTO şirkəti geniş istifadə üçün pnevmatik intiqallar təklif edir, kompakt və girdə birtərəfli hərəkətli silindrlərdən başlayaraq natamam döndərici intiqallara kimi.

Mövqeləşdirmənin servopnevmatik sistemləri

Mövqeləşdirmənin servopnevmatik sistemləri

Servopnevmatik sistemlər yığcam konstruksiya əldə etmək lazım olanda, çəkisi 10 kq-dan artıq olan səyyar yükləmələr olduqda və mövqeləşdirmənin dəqiqliyi millimetrin onda bir hissəsinə çatmalı olanda istifadə olunur.

Paylayıcılar

Paylayıcılar

Paylayıcı – idarə etmə prosesində “icraçı direktordur”. Onlar, möhkəm, uzunömürlü və etibarlı olmalıdır. FESTO şirkəti, hər zaman olduğu kimi yüksək keyfiyyət standartlarına uyğun olan, 100 milyon qoşulma dövrlü paylayıcıları bütün dünya üzrə təchiz edir.

Elektromexaniki intiqallar

Elektromexaniki intiqallar

Mexaniki xətti intiqalların və döndərici modulların geniş çeşidi, praktiki olaraq, yerdəyişmələrin avtomatlaşdırılması üçün hədsiz seçim imkanları əldə etmək deməkdir - Sizin təşkilatın daxili standartlarına müvafiq olaraq və bizim servomühərriklər ilə.

Yerdəyişmə sistemləri

Yerdəyişmə sistemləri

FESTO geniş çeşid yükləmə-boşaltma işləri və quraşdırma texnologiyaları sahəsində istifadə üçün yerdəyişmə sistemlərini təklif edir . Ən çox istifadə edilən avtomatlaşdırmanın texnoloji proseslərinin standart həllindən başlayaraq, Sizin xüsusi tələblərinizə müvafiq olan fərdi həllər.

Sıxılmış havanın hazırlanması

Sıxılmış havanın hazırlanması

Sıxılmış havanın hazırlanması hər hansı sənaye pnevmatik sistemin işində zəruri bir mərhələdir. Onun hazırlanma prosesi havadan müxtəlif bərk, duru və qazaoxşar qatqıların kənarlaşdırılmasından ibarətdir. Təmizlənməmiş sıxılmış havanın istifadə edilməsi avadanlığın sıradan çıxmasına səbəb ola bilər.

Mühərriklər və nəzarət cihazları

Mühərriklər və nəzarət cihazları

Servomühərrikin nəzarət cihazları dəzgah və avadanlıqlar istehsalında dinamik yerdəyişmələr üçün təyin edilmişdir. Yüksək funksionallı servointiqal sistem olaraq, o, demək olar ki, bütün intiqallarda işlənə bilər. O, modul dəzgahlarının konsepsiyalarını istifadəçi tələblərinə sadə və çevik uyğunlaşmasını təmin edir.

Pnevmatik şlanqlar və fitinqlər sistemi

Pnevmatik şlanqlar və fitinqlər sistemi

“Hər şey bir əldən” prinsipi: FESTO istənilən şəraitdə quraşdırmanın maksimal dəqiqliyini və səmərəliliyini təklif edir. Müxtəlif istismar şəraitləri üçün şlanqlar, o cümlədən: qida sənayesi üçün icrada, oda davamlı konstruksiyalar, mühitlərin təsirinə davamlı məmulatlar və ya tərkibində lak-boya örtülərin adgeziyasını zəiflədən maddələr olmayan məmulatlar.

Təklif al

x-icon

x-icon