Qayışlar

Qayışlar

SKF müxtəlif avadanlıqlar üçün istifadə edilə bilən standart və yüksəkdavamlı olan ötürücü qayışlar çeşidini təklif edir. Məsələn, SKF Xtra Power ötürücü qayışları bütün sənaye qayış ötürmələrində və bir neçə kənd təsərrüfatı maşınlarında istifadə edilə bilər.

Sənaye kipləşdiriciləri

Sənaye kipləşdiriciləri

Avadanlığın səmərəli məhsuldarlığında kipləşdiricilər böyük əhəmiyyət daşıyır. Bəzən sadə hesab edilən komponentlərin etibarlılığı və xidmət müddəti təşkilatın işində təyinedici amillərdən biri ola bilər. SKF kipləşdiricilər sistemlərinə tam həyat dövrü müddətində öz ekspert tövsiyyələrini və xidmətini təklif edir.

Şkivlər

Şkivlər

Qayış ötürmələrinin istismar xassələri əsasən şkivlərinin xassələrindən asılıdır. Yüksək keyfiyyətli şkivlər qayışların xidmət müddətini xeyli artıra və avadanlığınızın istismar qiymətini azalda bilər. SKF şirkəti şkivlərin geniş çeşidini təklif edir.

Oymaqlar və çarx topları

Oymaqlar və çarx topları

SKF-in transmissiya oymaqları və çarx topları yüksək keyfiyyətli poladdan hazırlanır və korroziyaya davamlılıqlarının artırılması üçün səthləri fosfat örtüyü və ya zağlama ilə təmin edilir. Bizim bütün transmissiya oymaqlarımız və çarx toplarımız adi alətlərlə asanlıqla quraşdırılıb və çıxarıla bilər, hansı ki, hər quraşdırma zamanı avadanlığın işsiz dayanma müddətini olduqca azaldır.

Zəncirlər

Zəncirlər

Düzgün seçilmiş zəncir intiqalı mexaniki qüvvənin bir valdan başqasına effektiv ötürülməsini təmin edir. SKF ötürücü zəncirləri ən son elmi və texniki nailiyyətlərə müvafiq olaraq istehsal edilir və ciddi keyfiyyət nazərətindən keçirilir. Bütün məhsullar müvafiq İSO və başqa xüsusiləşdirilmiş sənaye standartlarına tam uyğundur.

Muftalar

Muftalar

SKF şirkəti geniş çeşiddə standart və fərdi sifarişlə hazırlanan dişli muftaları təklif edir. SKF dişli muftaları müxtəlif avadanlıqlarda və sənaye istismar şəraitlərində istifadə edilməsi üçün təyin edilmişdir, onların çeşidi geniş diapazonlu tiplərdə, ölçülərdə və işçi xassələrdə təqdim edilir.

Təklif al

x-icon

x-icon