Çeşiddə dünyanın aparıcı istehsalçılarının bütün növ kürəcikli yastıqları mövcuddur:
• Radial kürəcikli yastıqlar
• Radial-dayaqlı kürəcikli yastıqlar
• Özüdüzlənən kürəcikli yastıqlar
• Dayaqlı kürəcikli yastıqlar
• Gövdəli kürəcikli yastıqlar
Çeşiddə dünyanın aparıcı istehsalçılarının bütün növ diyircəkli yastıqları mövcuddur:
• Silindrik diyircəkli yastıqlar
• İynəşəkilli diyircəkli yastıqlar
• Konusvari diyircəkli yastıqlar
• Kürəvi (sferik) diyircəkli yastıqlar
• Toroidal CARB diyircəkli yastıqlar
Müvafiq yastıqlarla birgə olan gövdələr asan və rahat texniki xidmət tələblərinə cavab verən qənaətcil, bir-birini əvəz edən qovşaqlardır.
Bəzi tətbiq sahələrində titrəyişli hərəkət şəraitində işləyə bilən yastıqlar tələb olunur. Bu məsələlərin qənaətcil həlli üçün sferik sürüşmə yastıqları, ştok başlıqları və oymaqları mövcuddur.
Sement zavodlarında ventilyatorlar, şar dəyirmanları, doğrayan maşınlar, konveyerlər, şnek konveyerlər üçün; dəniz gəmilərin avarlı valları və su cərəyanlı mühərrikləri üçün; metallurgiyada pəstahların fasiləsiz tökmə maşınları üçün sökmə yastıqlar təklif edirik.
Yüksək hərarətli yastıqlar və yastıq qovşaqları yüksək işçi temperatur şəraitində artırılmış etibarlılığı, rahat istismar edilməsini və ətraf mühitə neqativ təsir etmənin azaldılmasını təmin edir.
Elektrik cərəyan yastıqlardan keçərkən elektrik mühərriklərin, generatorların və onlarla qovuşan avadanlıqların sıradan çıxmasına səbəb ola bilər. Bu cür problemlərə yol verməmək üçün elektrik izolyasiya xüsusiyyətli yastıqlar istehsal edilir.
SKF Agri Hub həlli, həm fermerlər, həm də avadanlıq istehsalçıları üçün mühüm üstünlüklər təqdim edən kənd təsərrüfatı avadanlıqları üçün etibarlı, faktiki olaraq texniki xidmət tələb etmiyən yastıq qovşaqıdır. Bu montaj üçün hazır yastıqları kipləşdiricilərlə təchiz olunmuş və bütün istismar müddəti üçün yağlanmışdır.