İnduksiya qızdırıcıları

İnduksiya qızdırıcıları

Hal-hazırda induksiya qızdırıcıları yastıqların qızdırılması üçün ən yaxşı üsul həllidir. Unikal konstruksiyası sayəsində SKF induksiya qızdırıcıları temperatura və qızma vaxtına dəqiqliklə nəzarət etməyə imkan verir və analoji qızdırıcılara nisbətən 50% daha az elektrik enerji sərf edir. Erqonomika və təhlükəsizlik – operator üçün nöqteyi-nəzərdən ən vacib amillərdəndir.

Yastıqlar üçün çıxarıcılar

Yastıqlar üçün çıxarıcılar

Hal-hazırda, SKF-in patentləşdirilmiş EasyPull çıxarıcısı, yaylı tutqaclar və sərt konstruksiyası sayəsində ən rahat və təhlükəsiz alətlərdən biridir. Xüsusilə tədqiq edilmiş yaylı tutqaclar operatora çıxarıcını detalda bir hərəkətlə yerləşdirmək imkanını verir.

Yastıqların montajı üçün dəstlər

Yastıqların montajı üçün dəstlər

SKF dəstləri yastıqların tez və dəqiq montajı üçün nəzərdə tutulub. Zərbə halqası ilə oymağın düzgün kombinasiyada seçilməsi, gərilmə ilə salınan yastıq halqasına quraşdırma qüvvənin effektiv ötürməsini təmin edir və yastığın zolaqlarının və diyirlənmə cisimlərinin zədələnmə təhlükəsini aradan qaldırır.

Lazer tarazlama sistemləri

Lazer tarazlama sistemləri

SKF tərəfindən, valların və qayış ötürmələrin həmoxluluğunun yoxlanması üçün, bir sıra əlverişli və istismarı asan olan sistemlər tədqiq edilmişdir. Lazer tarazlama sistemləri saat tipli indikatorlardan daha sürətli və dəqiqdir, və əsas odur ki ölçmələrin aparılması üçün xüsusi təcrübə tələb etmir.

Vibrometrlər

Vibrometrlər

Hazırda, həm təcrübəli həm də təcrübəsis mütəxəssislər müəsisələrdə bütün fırlanma qovşaqlarının iş vəziyyətini tez və dəqiq olaraq müəyyən edə bilərlər. Bu, etibarlı və istifadəsi sadə olan cihazlarla texniki xidmət üzrə operatorlarınızı təchiz edərək, Siz avadanlıqlarınızda nasazlıqlar ehtimalı haqqında öncədən xəbərdarlıq ala bilərsiniz və bahalı təmirdən uzaqlaşarsınız.

Taxometrlər

Taxometrlər

SKF taxometrləri maili və xətti sürətlərin ölçülməsi üçün lazer və ya təmas göstəricilərindən istifadə edən sürətli və dəqiq cihazlardır. Daxilində quraşdırılmış lazer və dəyişdirilə bilən təmas göstəricilərinin geniş seçimi cihazın müxtəlif sahələrdə işlətmə universallığını təmin edir. Yığcam konstruksiyalı və möhkəm gövdəli bu cihazlar, onları bir əllə idarə etmə imkanını verir.

Təklif al

x-icon

x-icon