Rusiyanın aparıcı asbest tərkibli texniki məmulatların istehsalçısı olan və Sankt-Peterburq şəhərində yerləşən «Завод АТИ» zavodu hər növ ən yüksək keyfiyyətli paronitləri təklif edir. Bunların arasında yağa-benzinə davamlı, torla armaturlaşdırılmış, turşuya davamlı, elektrolizli və sair paronitlərdir. Bundan başqa «Завод АТИ» həmçinin asbestsiz paronitlər də istehsal edir, hansı ki, hazırlanmasında asbest əvəzinə aramid lifi istifadə olunur. Asbestsiz paronitlər istismar xassələrinə görə ənənəvi asbest paronitlərdən heç də geriyə qalmır, bəzi göstəricilərə görə isə onlardan üstündür.
Hörülmüş kipləşdirici iplərin ilməsi müxtəlif lifli materiallardan ibarət ola bilər. Sankt-Peterburq şəhərində yerləşən «Завод АТИ» zavodu hörülmüş kipləşdirici iplərin hazırlanmasında Rusiya istehsallı və yüksək keyfiyyətli asbestdən, pambıqdan, çətənədən və kimyəvi saplardan istifadə edir. Onların əsas üstünlükləri aşağıdakılardır:
• Yüksək germetikliyin təmin edilməsi
• Doldurmanın təmas yerində sürtünmə qüvvəsinin azaldılması
• Kipləşdirici materialın və qovuşan hissələrin davamlılığı
• Doldurma materialı və qovuşan hissələrin materialının dağılmaya yüksək müqaviməti
Rezin texniki lövhələr, hava mühitində -30°C-dən +80°C-dək temperaturlarda işləyən, kipləşdiricilərin və araqatıların istehsalı üçün təyin edilmişdir. Texniki lövhələr tərpənməz birləşmələri kipləşdirən, metal səthlərin sürtünməsinin qabağını alan, tək-tək zərbə qüvvələrini qəbul edən rezin texniki məmulatların və həmçinin araqatıların, döşəmələrin və başqa qeyri kipləşdirici məmulatların hazırlanması üçün istifadə edilir.
Dielektrik örtüklər yüksək keyfiyyətli rezin texniki məmulatlarına aid edilir, elektrik qurğuların işi zamanı istifadə olunur və onların vacib bir tərkib hissəsidir. Onlar gərginliyi 1000V –dan artıq olan elektrik qurğularda quru havada –50°C-dən +80 °C-dək temperaturlarda istifadə edilə bilər.