Yiv  fiksatorları

Yiv fiksatorları

Yiv birləşmələrinin fiksasiyasını təmin edib, onları titrəyişdən, korroziyadan və cırmalardan qoruyur. Yiv fiksatoru metal yiv birləşmələrində istifadə edilən, otaq temperaturunda hava yoxluğunda polimerizasiya olan anaerob yapışdırıcıdır. Yapışdırıcı yiv burumların arasında olan boşluqları tam olaraq doldurur, fiksasiya edir və yiv birləşməsini germetikləşdirir.

Yiv germetikləri

Yiv germetikləri

Metal borularda və birləşmələrdə mayenin və ya qazın sızmasının qabağının alınması. Yivin germetizasiyası anaerob yapışdırıcının polimerizasiyası zamanı əldə edilir. Bu, metal səthlərlə təmasda havanın yoxluğunda baş verir. Belə texnologiya titrəyiş qüvvələrinə, təzyiq və temperatur dəyişməsinə məruz qalan qovşaqlar üçün ən münasibdir.

Flans germetikləri

Flans germetikləri

Sızmaların qabağını almaq üçün kipləşdirici məhlullardı. Flans germetikləri mayenin və ya qazın sızmasının qabağını almaq məqsədilə səthlərin germetizasiyası üçün istifadə olunur. Bizim innovativ sənaye germetiklərimiz aparıcı mütəxəssislərin tövsiyyələrini nəzərə alaraq və həqiqi istehsalat proseslərinin dərin təhlili əsasında tədqiq edilmişdir.

Val-oymaq fiksatorları

Val-oymaq fiksatorları

Gövdələrdə və vallarda yastıqları, oymaqları və silindrik hissələri fiksasiya edir. Val-oymaq fiksatorları anaerob yapışdırıcılara aid edilir, hissələrin arasında olan boşluqları doldurub polimerizasiyalaşıb etibarlı və möhkəm birləşmələr əmələ gətirir.

Yağsızlaşdırıcı tərkiblər

Yağsızlaşdırıcı tərkiblər

Henkel şirkətinin effektiv aerozol yağsızlaşdırıcı tərkiblər yuyucu vasitəsi əsasında hazırlanıb və tərkibində karbohidrogen və səthi-fəal maddələr vardır. Bunlar, maşın avadanlıqların təmiri və ya yığılması zamanı yapışdırıcıdan istifadə etməzdən əvvəl hər növ səthlərin təmizlənməsi və yağsızlaşdırılması üçün istifadə edilir.

Universal sənaye təmizləyiciləri

Universal sənaye təmizləyiciləri

Universal yuyucu və təmizləyici vasitələr, kipləşdirici materiallara təcavüzkar təsir göstərmədiyinə görə, əsasən texnoloji avadanlıqlarının poliuretan yapışdırıcılardan yuyulub təmizlənməsi üçün istifadə edilir.

Təklif al

x-icon

x-icon