Bu kipləşdiricilər nasos, kompressor, kimyəvi reaktorlar, vakuumlu filtr-quruducular, qatışdırıcılar və s. kimi fırlanan avadanlıqlarda germetikliyi təmin etmək üçün istifadə olunur. Belə mexanizmlər neft emal edən sənayesində, kimyəvi, metallurji, yeyinti, əczaçılıq sənayelərində və başqa sahələrdə tətbiq edilir.
Bu kipləşdiricilər texnologiyalarının yüksək səviyyəsi – DİMER şirkətinin mühəndislik mexanikasının müxtəlif sahələrində çox illik işləmələrin və təbii şəraitdə aparılmış sınamaların nəticəsidir. Bu kipləşdiricilərin geniş istifadə sahəsi var – təzyiq, temperatur və müxtəlif işçi mühitlərlə bağlı ən ağır şəraitlərdə işlənən inşaat texnikasından tutmuş yağlamaya, korroziyaya və dağılmaya çox ciddi tələbləri olan su hidravlikalı kompressorlarda işlənən hər cür sənaye sistemlərə qədər.